Bank Of Baku

Aydın Mirzəzadə: “Hərbi doktrinanın hazırlanması üçün prezident yanında yaradılmış qrupda iş aparılır”

Aydın Mirzəzadə: “Hərbi doktrinanın hazırlanması üçün prezident yanında yaradılmış qrupda iş aparılır”
# 21 iyun 2007 13:10 (UTC +04:00)
“Prezidentin Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi ilə bağlı sərəncamında hərbi doktrinanın hazırlanması üçün 3 aylıq vaxt verilmişdi. Hazırda bununla bağlı prezident yanında yaradılmış qrupda iş aparılır”. APA-nın məlumatına görə bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komissiyasının üzvü Aydın Mirzəzadə deyib. O bildirib ki, layihə prezident yanında nəzərdən keçiriləndən sonra baxılmaq və təsdiq edilmək üçün Milli Məclisə göndəriləcək: “Amma layihənin parlamentə payız sessiyasında, yoxsa növbəti sessiyada təqdim olunacağı hələ bilinmir. Bizim komissiyanın da bəzi üzvləri qrupun işinə cəlb ediliblər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR