Bank Of Baku

Seçki Məcəlləsinə dəyişikliklə bağlı aparılan müzakirələrdə bir sıra məsələlər üzrə razılıq əldə olunub

Seçki Məcəlləsinə dəyişikliklə bağlı aparılan müzakirələrdə bir sıra məsələlər üzrə razılıq əldə olunub
# 21 iyun 2007 13:57 (UTC +04:00)
“Milli Məclisdə boş qalmış deputat yerlərinə mütləq seçki keçiriləcək. Biz bu məsələyə aydınlıq gətirmək üçün Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlayacağıq”. APA-nın məlumatına görə, bu sözləri parlamentin yaz sessiyasının başa çatması ilə bağlı bu gün keçirilən mətbuat konfransında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev deyib. O bildirib ki, parlamentdə boş qalmış yerlərə keçiriləcək seçkilərin vaxtı MSK tərəfindən müəyyən ediləcək. Qarışıq seçki sisteminin tətbiq olunması ilə bağlı təkliflərə də toxunan S. Mirzəyev buna ehtiyac görmədiyini söyləyib. O qeyd edib ki, qarışıq seçki sisteminin tətbiqi üçün referendum keçirilməsi və Konstitusiya dəyişikliyi tələb olunur. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı aparılan müzakirələrə gəlincə, MM Aparatının rəhbəri bununla bağlı yaradılan işçi qrupun bir neçə raund danışıqlar keçirdiyini deyib: “Bizim ümumi fikrimiz belədir ki, proses başa çatmayana qədər açıqlama verilməsin. Yalnız onu deyə bilərəm ki, bır sıra məsələlərdə razılıq əldə olunub. Avqustun sonu, sentyabrın əvvəllərində daha bir görüş keçiriləcək. Həmin danışıqlardan asılı olaraq məcəlləyə konkret dəyişikliklər müəyyənləşəcək və ölkə rəhbərinə təqdim ediləcək, sonra isə Milli Məclisə göndəriləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR