Bank Of Baku

Bahar Muradova: “Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə razıyıq, amma bunun çevik mexanizmi tapılmalıdır”

Bahar Muradova: “Partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə razıyıq, amma bunun çevik mexanizmi tapılmalıdır”
# 21 iyun 2007 14:34 (UTC +04:00)
““Siyasi partiyalar haqqında” qanun siyasi partiyaların daxili problemlərini yox, partiya-dövlət münasibətlərini tənzimləməlidir. Yəni qanunun fəlsəfəsi dəyişdirilməlidir. Biz bu cür qanunun qəbul edilməsində maraqlıyıq”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin yaz sessiyasının başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında parlamentin vitse-spikeri Bahar Muradova deyib. O, qanun layihəsi hazır olan kimi müzakirəyə çıxarılacağını bildirib. B. Muradova partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə razı olduqlarını, amma bunun çevik bir mexanizminin tapılmasının vacibliyini vurğulayıb: “Mənim fikrimcə, ən optimal variant parlamentdə təmsilçilik və partiyanın dövlətin ərazisini nə qədər əhatə etdiyinin nəzərə alınmasıdır. Digər məqamlar da bura əlavə oluna bilər”. B. Muradova parlamentdə Dağlıq Qarabağla bağlı müzakirələrin keçirilməsi barədə təkliflərə də toxunaraq indiki məqamda bunun nə dərəcədə səmərə verəcəyini təsəvvür etmədiyini söyləyib: “Ən azı ona görə ki, Dağlıq Qarabağla bağlı danışıqlar gedir və hansısa məqamlar açıqlanmır. Biz nəyi müzakirə edəcəyimizi müəyyənləşdirməliyik. Biz Dağlıq Qarabağ məsələsində dövlət başçısının mövqeyinin Milli Məclis tərəfindən də təkrarlanmasınımı istəyirik? Yoxsa konkret məsələyə münasibət bildirmək üçün müzakirə keçirilməsini istəyirik? Dövlət başçısının mövqeyini səsləndirmək üçün yenidən toplaşmağa ehtiyac yoxdur. Azərbaycanının mövqeyi bu məsələdə dəqiqdir. Ermənistan isə hər gün müzakirə keçirə bilər. Onlar haqsız olduqlarını bilir. Beynəlxalq təzyiqlər də Ermənistanı konstruktiv mövqeyə gətirmək istiqamətindədir”. Vitse-spiker bildirib ki, nə vaxtsa hansısa razılaşmaya münasibət bildirmək lazım gələrsə, parlament bunu edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR