Bank Of Baku

Səməd Seyidov: “Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirib”

Səməd Seyidov: “Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirib”
# 21 iyun 2007 14:54 (UTC +04:00)
“Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri demək olar ki, tam şəkildə yerinə yetirib”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. Onun sözlərinə görə, öhdəliklər arasında elə qanun layihələri var ki, onların qəbulu ekspertlərin birgə fəaliyyətindən asılıdır: “Bunlardan biri də “Alternativ hərbi xidmət haqqında” qanun layihəsidir. Hazırda bu qanun layihəsi üzərində Milli Məclislə Avropa Şurasının ekspertləri birgə işləyir”. Səməd Seyidov “Müsavat” deputat qrupunun üzvü İltizam Əkbərlinin Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin əvəzedici heyətinə daxil edildiyini təsdiqləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR