Bank Of Baku

Xəzəryanı ölkələrin dövlət başçılarının bəyannaməsinin layihəsi razılaşdırılıb

Xəzəryanı ölkələrin dövlət başçılarının bəyannaməsinin layihəsi razılaşdırılıb
# 21 iyun 2007 15:54 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov 20-21 iyun tarixlərində İran İslam Respublikasında səfərdə olub. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, səfərin ilk günündə E. Məmmədyarov Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransına qatılıb. Tədbirdə çıxış edən nazir Xəzərin dostluq, təhlükəsizlik və sabitlik hövzəsi olmasının vacibliyini vurğulayıb. O, dənizin hüquqi statusu məsələsinə toxunaraq bildirib ki, bu məsələni həll etmək üçün Azərbaycan, Qazaxıstan və Rusiya arasında imzalanmış sazişlər əsas kimi götürülə bilər. Bu təklif Qazaxıstan tərəfindən dəstəklənib. Konfransın yekunlarına dair kommünike qəbul edilib. Kommunikede bildirilir ki, nazirlər Xəzəryanı ölkələrin dövlət başçılarının bəyannaməsinin layihəsini razılaşdırıblar və onu dövlət başçılarına təqdim edəcəklər. Sammitin vaxtını prezidentlər müəyyən edəcək. İran tərəfi sammitin gündəliyi üzrə təkliflərini bütün Xəzəryanı ölkələrə göndərəcək. E. Məmmədyarov Xəzəryanı ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər də keçirib. Həmin gün nazir Azərbaycan səfirliyində Heydər Əliyevin büstünün aşılış mərasiminə qatılıb.
İyunun 21-də E. Məmmədyarov İslam Şurası Məclsinin sədri Həddad Adel və həmkarı Mənuçöhr Mottaki ilə görüşüb. M. Mottaki ilə görüşdə Orta Asiya qazının İran vasitəsilə Azərbaycana nəql olunması, İranın BTC-yə qoşulma imkanları, Simal-Cənub nəqliyyat dəhlizi, Naxçıvan-Biləsuvar, Culfa-Culfa və Astara-Astara layihələri haqqında fikir mübadiləsi aparılıb. İranlı nazir Qəbələ RLS-lə bağlı Rusiyanın təşəbbüsünə Azərbaycanın münasibəti ilə maraqlanıb. E. Məmmədyarov bildirib ki, Qəbələ RLS Azərbaycanın mülkiyyətidir və yalnız Azərbaycanın razılığı olarsa, kiminsə istifadəsinə verilə bilər. Digər tərəfdən, nazir vurğulayıb ki, məsələ ilə bağlı Azərbaycan-Rusiya-ABŞ əməkdaşlığı baş tutsa, bu, region üçün sabitlik faktoru ola bilər. E. Məmmədyarov Ermənistanın işğalçılıq siyasəti haqqında geniş məlumat verərək bunun regional sabitliyə əsas təhlükə olduğunu bəyan edib. M. Mottaki isə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çəcçivəsində həllini dəstəklədiklərini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR