Bank Of Baku

“Daşnaksütyun” lideri Manoyan rəsmi İrəvanı işğal olunmuş Azərbaycan torpaqlarını məskunlaşdırmağa çağırıb

“Daşnaksütyun” lideri Manoyan rəsmi İrəvanı işğal olunmuş Azərbaycan torpaqlarını məskunlaşdırmağa çağırıb
# 25 iyun 2007 14:31 (UTC +04:00)
Erməni İnqilabi Federasiyası - Daşnaksütyunun siyasət üzrə direktoru Kiro Manoyan Ermənistan rəhbərliyini Dağlıq Qarabağ ətrafındakı əraziləri ermənilərlə məskunlaşdırmağa çağırıb. APA-nın məlumatına görə, Manoyan deyib ki, yaxın 1,5-2 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həllində tərəqqiyə nail olunmayacaq və bu müddətdən istifadə edərək “azad olunmuş” əraziləri məskunlaşdırmaq lazımdır. Manoyan işğal olunmuş Azərbaycan torpaqlarında əhalinin məskunlaşdırılması üçün heç bir maliyyə problemi olmayacağını deyib. Bu bəyanata münasibət bildirən XİN Mətbuat Mərkəzinin rəhbəri Xəzər İbrahim APA-ya bildirib ki, Manoyanın çıxışı çox təhlükəli bir bəyanatdır. “Nəzərə almaq lazımdır ki, “Daşnaksütun” Ermənistan parlamentində təmsil olunur. Əfsuslar olsun ki, belə çıxışlar, müvafiq qüvvələrin müasir siyasət aparmasına deyil, çox təhlükəli olan faşizmə bənzər çağırışlara bənzəyir. Manoyanın Azərbaycanın işğal olunmuş ərazilərində əhalini məskunlaşdırmaq çağırışı daha çox faşist Almaniyasında Gebbelsin ifadələrinə bənzəyir. O da deyirdi ki, işğal olunmuş əraziləri məskunlaşdırmaq lazımdır. Əgər 21-ci əsrdə hansısa dövlət bu kimi siyasət aparırsa, əgər bu siyasəti parlamentdə təmsil olunan siyasi təşkilat aparırsa, bu o deməkdir ki, Ermənistan daha çox gücə əsaslanan qeyri-qanuni fəaliyyət yürütməkdə israrlıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR