Bank Of Baku

Qubad İbadoğlu erməni saytında onun adından yayılmış müsahibəni təkzib edən bəyanat yayıb

Qubad İbadoğlu erməni saytında onun adından yayılmış müsahibəni təkzib edən bəyanat yayıb
# 25 iyun 2007 14:33 (UTC +04:00)
İqtisadi Tədqiqatlar Mərkəzinin direktoru Qubad İbadoğlu Ermənistan mətbuatında onun adından yayılmış açıqlamanı təkzib edən bəyanatla çıxış edib. Q. İbadoğlunun APA-ya daxil olan bəyanatında bu il iyunun 21-də www.azg.am saytında A. Həsənova adlı bir nəfərin müəllifliyi ilə “Təbliğat çoxdur, nəinki gerçək iş” adı altında yayılmış xəbərdən təəssüfləndiyini bildirib və bunu təxribat kimi qiymətləndirib: “Bu müsahibə mənə məxsus deyil. Mən heç bir erməni saytına və ya jurnalistinə müsahibə verməmişəm. Həmin xəbərdə qeyd olunan fikirlər mənə məxsus deyil, tanımadığım jurnalistin və saytın özfəaliyyətidir”. Q. İbadoğlu son bir ayda ümumiyyətlə, Azərbaycanda olmadığını, xarici səfərlərində isə nəinki erməni, ümumiyyətlə, əcnəbi jurnalistlərlə təmasının olmadığını da vurğulayıb: “Elə buna görə də yayılmış informasiyadan gec xəbər tutmuşam. Buna görə də bu hadisəyə vaxtında münasibət bildirə bilməmişəm”.
Q. İbadoğlu baş verənləri pisləyib və məsələni bəyanatla bitirməyəcəyini də qeyd edib: “Mən Vətənimə ziyan gətirən və onun regiondakı inkişafına kölgə salan bu yazıya dözüm nümayiş etdirmək fikrində deyiləm. Bu məsələ ilə əlaqədar mütləq həmin sayta müraciət edərək, təkzib verilməsini tələb edəcəyəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR