Bank Of Baku

Milli Məclisin Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupu Afinaya gedir

Milli Məclisin Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupu Afinaya gedir
# 25 iyun 2007 15:03 (UTC +04:00)
Sabah Milli Məclisin Azərbaycan-Yunanıstan parlamentlərarası dostluq qrupunun rəhbəri Hadi Rəcəbli, qrupun üzvlərindən Nizami İsgəndərov və Məjlum Şükürov Afinaya səfərə yola düşəcəklər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun dəvəti ilə Afinaya gedəcək deputatlar bu ölkənin parlamentində bir sıra görüşlər keçirəcək, qanun yaradıcılığı sahəsində yunan həmkarlarının iş təcrübəsi ilə yaxından tanış olacaqlar. Yunanıstanın Turizm Nazirliyində təşkil olunacaq görüşdə isə iki ölkə arasında turizm əlaqələrinin perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər zamanı Yunanıstanın bir necə nazirliklərində də görüşlərin keçiriləcəyi gözlənilir. Səfər iyunun 30-da başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR