Bank Of Baku

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının zirvə toplantısı işinə başlayıb

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının zirvə toplantısı işinə başlayıb
# 25 iyun 2007 15:15 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, toplantıya Türkiyə prezidenti Əhməd Necdət Sezər sədrlik edir. Zirvə görüşünə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Gürcüstan prezidenti Mixail Saakaşvili, Yunanıstanın baş naziri Kostas Karamanlis, .
Albaniyanın baş naziri Sali Barişa, Ukrayna prezidenti Viktor Yuşşenko, Serbiya prezidenti Boris Tadiç, Moldovanın prezidenti Vladimir Varonin, Bolqarıstan prezidenti Georgi Pırvanov görüşə qatılıblar.
Ermənistan prezidenti Robert Köçəryan görüşə qatılmadığından zirvə toplantısında onu bu ölkənin XİN başçısı Vardan Oskanyan təmsil edir.
Zirvə görüşünə Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, BMT Avropa İqtisadi Komissiyası, BMT İnkişaf Proqramı, BMT Ekoloji Proqramı, UNİDO, Avropa İqtisadi Birliyi, Beynəlxalq Nəqliyyat Daşımaları Birliyi və Beynəlxalq Nəqliyyat Federasiyasından nümayəndələri də qatılıb.
Qeyd edək ki, hazırda QDİƏT-ə Türkiyə sədrlik edir. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR