Bank Of Baku

Səməd Seyidov: “Tolerantlıq məsələsində Azərbaycan təcrübəsinin öyrənilməsi AŞPA-nın gündəm mövzusudur”

Səməd Seyidov: “Tolerantlıq məsələsində Azərbaycan təcrübəsinin öyrənilməsi AŞPA-nın gündəm mövzusudur”
# 25 iyun 2007 15:53 (UTC +04:00)
“Bu gün Avropa Şurası Parlament Assambleyasının demokratik qrupunda antisemitizm mövzusunda çox mühüm müzakirələr keçirildi. Bilirsiniz ki, qurumun yay sessiyasında bu məsələyə xüsusi diqqət ayrılıb. Sevindirici məsələdir ki, yəhudilərə qarşı tolerant münasibətə görə Azərbaycan digər ölkələrə nümunə göstərilir”. Bu eksklüziv açıqlamanı APA-nın Avropa bürosuna Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov verib. O, tolerantlıq məsələsində Azərbaycan təcrübəsinin öyrənilməsi məsələsinin gündəm mövzusu olduğunu deyib: “Məndən xahiş etdilər ki, Avropa Şurası Parlament Assambleyasının sessiyasında bu məsələ ilə bağlı geniş və ətraflı çıxış edim. Yəhudilər tarixən Azərbaycanda yaşayıb və ölkəmizin hörmətli icmalarından birinə çevriliblər. Bu gün Azərbaycan parlamentində yəhudi icmasının nümayəndəsi əyləşib. Bu gün bu amilləri gündəmə gətirmək lazımdır. Təəssüflər olsun ki, AŞPA-da həmişə Azərbaycanla bağlı mənfi məsələlər gündəmə gətirilir. Çox istərdim ki, bu kimi müsbət məsələlər də daim diqqət mərkəzində olsun”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR