Bank Of Baku

Azərbaycan prezidenti: “Qara Dəniz İqtisadi Əməkdaş Təşkilatına üzv ölkələrin ərazilərindəki dondurulmuş münaqişələr bölgənin iqtisadi inkişafına mane olur”

Azərbaycan prezidenti: “Qara Dəniz İqtisadi Əməkdaş Təşkilatına üzv ölkələrin ərazilərindəki dondurulmuş münaqişələr bölgənin iqtisadi inkişafına mane olur”
# 25 iyun 2007 16:20 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, İlham Əliyev təşkilatın yaranmasından sonra qurulan iqtisadi əməkdaşlıq barədə danışıb. Qurum daxilində əməkdaşlığın perspektivlərindən söz açan prezident Azərbaycanın QDİƏT-in inkişafı və əlaqələrin genişlənməsi üçün əlindən gələni etdiyini söyləyib: “Biz bundan sonra da qurum çərçivəsindəki layihələri dəstəkləyəcək”. Prezident Azərbaycanın həyata keçirdiyi geostrateji , iqtisadi layihələr haqqında da danışıb. Azərbaycanın artıq təbii qaz ixrac edən ölkəyə çevrildiyini deyən Azərbaycanın dövlət başçısı ölkəmizin bu ildən etibarən enerji layihələrinin yeni mərhələsinə keçəcəyini də qeyd edib. İ. Əliyev enerji və nəqliyyat sahəsində Azərbaycanın böyük müvəffəqiyyətlər əldə etdiyini deyib. QDİƏT qurulanda orada təmsil olunan dövlətlərin çoxunun müstəqilliklərini yenicə əldə etdiklərini, keçən 15 ildə tarixi missiyanı həyata keçilən mərhələdə çətinliklər olduğunu xatırladan İ. Əliyev nə qədər çətinliklər olsa da, artıq yeni mərhələyə qədəm qoymağın vaxtı çatdığını vurğulayıb. Təşkilata üzv ölkələr arasında konfliktlərin mövcudluğunu təəssüfedici hal kimi dəyərləndirən prezident deyib ki, Azərbaycan torpaqlarının 20 faizi quruma üzv olan başqa bir ölkənin işğalı altındadır, 1 milyondan artıq Azərbaycan vətəndaşının məcburi köçkün vəziyyətində yaşadığını vurğulayan İlham Əliyev onların şəraitinin beynəlxalq insan hüquqlarına uyğun vəziyyətdə olmadığını bildiirb və vəziyyətin belə davam etməsini böyük ədalətsizlik adlandırıb. Prezident qurum üzvlərini bu ədalətsizliyə tez bir zamanda son qoymağa dəstək verməyə çağırıb. O, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azal edilməsi ilə bağlı qətnamələrinə indiyə qədər əməl edilməməsinə görə də təəssüfünü ifadə edib. QDİƏT üzvü olan ölkələrin prezidentlərinə müraciət edən Azərbaycan prezidenti işğal olunan Azərbaycan torpaqları tez bir zamanda boşadılmayacağı təqdirdə, regionda cərəyan edən hadisələrin arzuolunmaz, qaçılmaz nəticələrə gətirib çıxara biləciyini də deyib: “Quruma daxil olan ölkələrin ərazilərindəki dondurulmuş münaqişələri həll etmək lazımdır. Bu münaqişələrin həll edilməmiş qalması bölgə ölkələrinin iqtisadi inkişafına və əlaqələrin qurulmasına mane olur. Azərbaycan regionda sülh istəyir, çünki sülh əldə edilmədən regionun iqtisadi inkişafına nail olmaq mümkün deyil”. Ölkə başçısı deyib ki, müasir dünyada bir ölkənin torpağından bir hissəni qoparıb, başqa bir dövlətin torpağına əlavə etmək mümkün deyil. Prezident Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalmasına imkan verilməyəcəyini vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu deyil. Biz torpaqlarımızın işğal altında qalmasına imkan verməyəcəyik”.
Toplantı işini davam etdirir. Toplantının sonunda birgə bəyannamə qəbul olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR