Bank Of Baku

Borçalı Milli Hərəkatı “Müsavat” deputat qrupunun Gürcüstana səfərini pisləyən bəyanatla çıxış edib

Borçalı Milli Hərəkatı “Müsavat” deputat qrupunun Gürcüstana səfərini pisləyən bəyanatla çıxış edib
# 25 iyun 2007 16:36 (UTC +04:00)
Borçalı Milli Hərəkatı “Müsavat” deputat qrupunun Gürcüstana səfərini pisləyən bəyanatla çıxış edib. Hərəkatın Mərkəzi Şurasından APA-ya daxil olan bəyanatda Gürcüstanda yaşayan azərbaycanlıların əvvəlcədən bu səfərin problemlərin həlli baxımından əhəmiyyətli olacağına ümidli olduqları qeyd edilib. Amma səfər zamanı deputatların problemlərlə maraqlanmaq əvəzinə siyasi məqsədlər güdərək, özlərinə sərf edən şəxslərlə görüşlər keçirdikləri və yerli azərbaycanlıların qayğılarına laqeyd yanaşduqları bildirilib: “Bu səfəri müsavatçı deputatların xalqın maraqlarından deyil, öz şəxsi maraqlarından çıxış etmələri kimi qiymətləndiririk”. Bəyanatda həmçinin, deputat qrupunun üzvü Pənah Hüseyndən Tiflisdə hakimiyyətin ünvanına söylədiyi təhqiramiz fikirlərə görə, Azərbaycan xalqından üzr istəməsini tələb ediblər.
Müsavat deputat qrupunun üzvü Arzu Səmədbəyli isə bəyanatda deyilən fikirlərin böhtan olduğunu bildirib: “Biz Borçalıya azərbaycanlıların problemləri ilə ilə məraqlanmağa getmişdik və bu məqsədimizə nail olduq. Yaxşı işə kölgə salmaq cəhdləri həmişə olub. Bəyanatın verilməsi də belə cəhdlərdən biridir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR