Bank Of Baku

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının zirvə toplantısı başa çatıb

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının zirvə toplantısı başa çatıb
# 25 iyun 2007 17:14 (UTC +04:00)
APA-nın Türkiyə bürosunun məlumatına görə, toplantının sonunda sammitin yekun bəyannaməsi qəbul olunub. Türkiyə prezidenti Əhməd Necdət Sezər toplantının açılış nitqində sammitin regionda çoxtərəfli formatda əməkdaşlığın genişlənməsinə öz töhfəsini verəcəyini bildirib. İqtisadi əməkdaşlığın bölgədə sabitliyin təməl daşına çevrildiyini deyən Türkiyə prezidenti bu amilin sabitliyin yaranmasına da böyük təsir göstərdiyini deyib. Azərbaycan prezidenti İlham Əliyev isə çıxışında ölkəmizin QDİƏT-dəki layihələri dəstəklədiyini deyib. O, dondurulmuş münaqişələrin qurum daxilində əməkdaşlıq və inkişafa mane olduğunu bildirib. Rusiya prezidenti Vladimir Putin isə Qara dəniz bölgəsində həyata keçirilən layihələrin iqtisadi cəhətdən düzgün əsaslandırılmasını və bu layihələrin həyata keçirilməsi üçün maliyyə təminatının olmasını vacib sayıb. Ukrayna prezidenti Viktor Yuşşenko isə 15 illik fəaliyyəti dövründə QDİƏT-in özünü təsdiqlədiyini bildirib. O, QDİƏT-in növbəti mərhələdə beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməli olduğunu, Avropa Birliyi ilə bütün sahələrdə münasibətləri yüksək səviyyəyə çatdırmalı olduğunu bildirib. Viktor Yuşşenko QDİƏT ərazisində azad iqtisadi zonalar yaradılmasını təklif edib. Toplantıda digər dövlət və hökumət başçıları da çıxış edərək QDİƏT-in fəaliyyətinin genişləndirilməsini təklif ediblər. Qeyd edək ki, zirvə görüşünə qurumun 12 təsisçi ölkəsi və 13 müşahidəçi dövlətdən yüksək vəzifəli şəxslər, prezident, baş nazir və xairici işlər nazirləri qatılıb. QDİƏT sammitində Albaniyanın baş naziri Sali Barişa, Serbiya prezidenti Boris Tadiç, Moldovanın prezidenti Vladimir Voronin, Bolqarıstan prezidenti Georgi Pırvanov da iştirak edib. Ermənistan prezidenti Robert Köçəryan görüşə qatılmadığından zirvə toplantısında onu bu ölkənin XİN başçısı Vardan Oskanyan təmsil edib. Zirvə görüşünə Avropa Birliyi, Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, BMT Avropa İqtisadi Komissiyası, BMT İnkişaf Proqramı, BMT Ekoloji Proqramı, UNİDO, Avropa İqtisadi Birliyi, Beynəlxalq Nəqliyyat Daşımaları Birliyi və Beynəlxalq Nəqliyyat Federasiyasından nümayəndələri də qatılıb.
Qeyd edək ki, hazırda QDİƏT-ə Türkiyə sədrlik edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR