Bank Of Baku

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlət və hökumət başçılarının zirvə toplantısında yekun Bəyannamə imzalanıb

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlət və hökumət başçılarının zirvə toplantısında yekun Bəyannamə imzalanıb
# 25 iyun 2007 17:26 (UTC +04:00)
APA-nın toplantının işini işıqlandıran Türkiyə bürosunun məlumatına görə, sənəddə quruma üzv ölkələr bu çərçivədə əməkdaşlıqlarını davam etdirməyə və daha da etibarlı partnyorlara çevrilməyə qərarlı olduqlarını vurğulayıblar. Ətraf mühitin qorunması, ticarət, enerji, telekommunikasiya, nəqliyyat, turizm, elm və texnologiya, terrorla mübarizə kimi əhəmiyyətli və müştərək sahələrdə əməkdaşlıq dərinləşdirəcək. Qurum üzvləri enerji, nəqliyyat və ticari əlaqələrin gücləndirilməsinə xüsusi əhəmiyyət verəcək. Sənəddə o da qeyd olunub ki, QDİƏT layihələrə söykənən təşkilat olaraq, Transavropa şəbəkəsi və Avrasiya nəqliyyat və kommunikasiya bağlantılarına, Qara dəniz dairəvi avtomobil yolu və dəniz yollarına bağlı sazişlərin hazırlanması və həyata keçirilməsinə qərar verib. Qara dəniz hövzəsi ölkələrinin inkişafı üçün dənizətrafı ölkələrin arasında daha güclü dəniz yolu şəbəkəsinin qurulması təmin ediləcək. QDİƏT ölkələri arasında ticarət və gömrük qaydaları ilə bağlı qanunvericiliyin bərabərləşdirilməsi və asanlaşdırılması üçün hüquqi sənədlərin hazırlanması barədə razılıq da əldə olunub. Eyni zamanda, quruma üzv ölkələrin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün səylərin artırılacağı vurğulanıb.
Bəyannamədə QDİƏT-in xarici işlər nazirləri şurasının fəaliyyətinin gücləndirilməsi, Qara Dəniz Etüdləri Beynəlxalq Mərkəzinin yaradılması, QDİƏT-lə BMT arasında əməkdaşlığın artırılması, Avropa Topluluqları Komissiyasına qurumda müşahidəçi statusunun verilməsi barədə razılıq əldə olunması da əksini tapıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR