Bank Of Baku

AXCP ADP-nin qərargahını tamamilə boşaldıb

AXCP ADP-nin qərargahını tamamilə boşaldıb
# 26 iyun 2007 10:12 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Azərbaycan Demokratik Partiyasının (ADP) qərargahını tamamilə boşaldıb. Partiya sədrinin müavini Həsən Kərimovun APA-ya verdiyi məlumat görə, artıq ADP-nın qərargahında AXCP-yə aid olan bütün əşyalar daşınıb. O, inventarların partiyaya yaxın şəxslərin birinin evinə yığıldığını bildirib. H. Kərimov partiyanın payıza kimi qərargahsız fəaliyyət göstərəcəyini deyib. Qeyd edək ki, AXCP-nin ADP-nin qərargahını tərk etmələrinə səbəb bu binanın sahibi olan “Hürriyyət” qəzetində partiya sədri Əli Kərimli ilə bağlı təhqiramiz yazıların dərc edilməsi olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR