Bank Of Baku

Polşanın rəsmisi Vitold Vaşçikovski: “Qəbələdəki radar atılan raketlərin trayektoriyasını müəyyənləşdirməyə və izləməyə qadir deyil”

Polşanın rəsmisi Vitold Vaşçikovski: “Qəbələdəki radar atılan raketlərin trayektoriyasını müəyyənləşdirməyə və izləməyə qadir deyil”
# 27 iyun 2007 08:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Avropada yeni raket hücumundan müdafiə sisteminin qurulmasına dair danışıqlarda Polşanı təmsil edən Vitold Vaşçikovski məlumat verib. Onun sözlərinə görə, ABŞ dövlət katibinin müavini Conatan Rudla danışıqlarda nəzərəçarpacaq irəliləyiş əldə olunub. Vladimir Putinin Qəbələ RLS-dən ABŞ-la birgə istifadə etmək təklifinə münasibət bildirən Vaşçikovski qeyd edib ki, Rusiya bu addımı ilə ABŞ, Çexiya və Polşa arasında danışıqları dayandırmaq istəyir: “Hesab edirəm ki, bu, danışıqlar prosesini dondurmağa hesablanmış addım idi. Bu, prosesi ləngitmək üçün Putin tərəfindən atılmış ağıllı addım idi”. Polşa rəsmisi Putinin təklifini həmçinin bu ölkənin İrandan təhlükə olduğunu etiraf etməsi kimi dəyərləndirib: “Rusiya İrandan təhlükə olduğunu etiraf edir. Rusiya prezidenti özünü pis vəziyyətə salıb, çünki, indiki situasiyada o, İrandan təhlükə olmadığını bəyan edə bilməz. Bundan başqa Qəbələ radiolokasiya stansiyası ABŞ-ın Şərqi Avropada quraşdırmaq istədiyi sistemi tam şəkildə əvəzləyə bilməz. Qəbələdəki radar çox köhnəlib. Bu radar təhlükə siqnalı verə bilər, amma raketin trayektoriyasını tam müəyyənləşdirmək və izləməyə qadir deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR