Bank Of Baku

Gürcüstandakı azərbaycanlıların və Azərbaycandakı gürcülərin problemlərini araşdırmaq üçün monitorinq qrupu yaradılacaq

Gürcüstandakı azərbaycanlıların və Azərbaycandakı gürcülərin problemlərini araşdırmaq üçün monitorinq qrupu yaradılacaq
# 27 iyun 2007 08:32 (UTC +04:00)
Bu günlərdə GUAM ölkələri siyasi partiyaları və hərəkatlarının Bakıda keçirilmiş konfransında iştirak etmiş Gürcüstan Leyboristlər Partiyasının liderlərindən biri Nestan Kirtadze səfərin nəticələrindən razıdır. O, APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Gürcüstandakı azərbaycanlıların və Azərbaycandakı gürcülərin problemlərini araşdırmaq üçün monitorinq qrupu yaradılacaq: “Bundan başqa, partiya və hərəkatların üzvlərindən ibarət xüsusi komissiya GUAM ölkələrində keçiriləcək seçkilərdə müşahidə aparacaq. Aktual problemlərlə bağlı periodik olaraq Bakı, Tiflis, Kiyev və Kişinyovda etiraz aksiyaları keçiriləcək. Biz regional əməkdaşlığa xüsusi önəm veririk. GUAM ölkələrinin əsas problemlərindən biri ərazi problemidir və biz bu sahədə fəal işləyəcəyik”.
Qeyd edək ki, Bakıdakı konfrans Azərbaycan Yolu Siyasi Hərəkatının təşkilatçılığı ilə keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR