Bank Of Baku

AŞPA-da Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı sənəd yayımlanıb

AŞPA-da Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı sənəd yayımlanıb
# 27 iyun 2007 08:46 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayevanın hazırladığı “Qeyri-hökumət təşkilatlarının sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində rolu / Heydər Əliyev Fondu” adlı sənəd çap olunaraq AŞPA üzvlərinə paylanıb. APA-nın AŞPA-nın yay sessiyasının işini işıqlandıran Avropa bürosu əməkdaşının verdiyi məlumata görə, sənədi AŞPA-nın 50-dən çox üzvü imzalayıb. Sənəddə sivilizasiyalar və mədəniyyətlərarası dialoqun genişləndirilməsi məsələsinin Avropa, habelə dünya ictimaiyyətinin gündəliyində duran yüksək öncüllüyə malik olan məsələ olduğu bildirilir: “Sivilizasiyalar və mədəniyyətlərarası dialoqun genişləndirilməsi məsələsinin Avropa, habelə dünya ictimaiyyətinin gündəliyində duran yüksək öncüllüyə malik məsələ olduğunu,
həm mədəniyyət, həm də dinlərarası tolerantlığın bu dialoqun ayrılmaz tərkib hissəsi olduğunu,
qeyri hökumət təşkilatlarının həmin prosesdəki rolunun həm milli, həm də beynəlxalq səviyyələrdə mühüm əhəmiyyət kəsb etdiyini,
əsasən müsəlman ölkəsi olan və yüksək milli dəyərlərə malik Azərbaycan Respublikasının tarixən özünün etnik, dini müxtəliflik və tolerantlıq ənənələrinə görə tanındığını,
Azərbaycan hökumətinin bu müxtəlifliyi inkişaf etdirmək, ksenofobiya və dini qeyri-tolerantlığın bütün formalarını rədd etmək siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən tanınaraq təqdir olduğunu nəzərə alaraq, biz bu bəyanatı imzalayanlar bununla Heydər Əliyev Fondunun - Azərbaycanda ən böyük və nüfuzlu QHT-nin mədəniyyətlər və dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsindəki fəaliyyətini və təcrübəsini xüsusi vurğulayaraq, aşağıdakıları bəyan edirik:
-mədəniyyətlər və dinlərarası dialoqa dair çoxsaylı, o cümlədən beynəlxalq forumların və konfransların keçirilməsi;
-“Mədəniyyətlər və dinlərarası dialoqun, tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində Bakıda ortodoksal kilsəsinin bərpasına yardım göstərilməsi;
-Or Avner Beynəlxalq Fond ilə əməkdaşlıq çərçivəsində Bakıda bir yəhudi məktəbini, bir uşaq bağçasını, yəhudi tarix və mədəniyyət muzeyini özündə birləşdirən Yəhudi Mədəniyyət Kompleksinin tikintisi;
-“Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində Bakıda bir neçə məscidin bərpası;
-Azərbaycandakı gürcü məktəbləri üçün gürcü dilində dərsliklərin çap olunması;
-2008-ci ildə Bakıda YUNESKO ilə əməkdaşlıq çərçivəsində regional təhsil konfransının keçirilməsi;
-Fransanın Versal şəhərində Dünya Mədəniyyət İrsi siyahısına daxil edilmiş iki abidənin bərpası.
Biz bu bəyanatı imzalayanlar Azərbaycanda fəaliyyət göstərən Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətini yüksək səviyyədə təqdir edir və keçirilməkdə olan sivilizasiyalararası dialoqa layiqli töhfə olduğunu təsdiqləyir, daha geniş beynəlxalq səviyyədə öyrənilməyə təqdim edirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR