Bank Of Baku

Müxalifət partiyalarının yeni məşvərət şurasının yaradılması ilə bağlı növbəti görüş keçirilib

Müxalifət partiyalarının yeni məşvərət şurasının yaradılması ilə bağlı növbəti görüş keçirilib
# 27 iyun 2007 09:22 (UTC +04:00)
Müxalifət partiyalarının yeni məşvərət şurasının yaradılması ilə bağlı müzakirələr aparan partiya rəhbərləri ötən gün növbəti toplantılarını keçiriblər. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-a verdiyi məlumata görə, qurumun mütəmadi fəaliyyət göstərməsi və konkret məsələlərlə bağlı iş aparması istiqamətində qərar qəbul olunub. İclasda enerji daşıyıcılarının və kommunal xidmətlərin qiymətlərinin artırılmasından sonra yaranmış vəziyyət də müzakirə olunub. Bu məqsədlə Azərbaycan Sosial Demokrat Partiyasına (ASDP) vətəndaşların sosial-iqtisadi vəziyyəti haqqında layihə hazırlamaq həvalə olunub. Layihədə vəziyyətdən çıxış yolları ilə bağlı təkliflər irəli sürüləcək. Növbəti iclasda sözügedən sənəd müzakirə edilib qəbul olunacaq. Şurada digər partiyaların təmsil olunması ilə bağlı aparılan danışıqlara gəldikdə, S. Cəlaloğlu bildirib ki, hələlik qurumun formatına dair birmənalı fikir yoxdur: “Belə fikir hakimdir ki, daha ciddi qüvvələrin və qarşılıqlı problemləri olmayan partiyaların məşvərət şurası yaradılsın. Hazırda bu qurumda qarşılıqlı itihamlar irəli sürən qüvvələr demək olar ki, yox dərəcəsindədir. Amma hər hansı partiya şuradla təmsil olunmaq istəsə, bu, müzakirə ediləcək”.
Qeyd edək ki, şurada ADP, Müsavat, ASDP, Tərəqqi, AMİP və Azərbaycan Naminə İctimai Forum təmsil olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR