Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsinin sədri Jan-Pol Kosta: “Başqa ölkələrlə müqayisədə Azərbaycandan gələn şikayətlərin sayı o qədər də çox deyil”

Avropa İnsan Haqları Məhkəməsinin sədri Jan-Pol Kosta: “Başqa ölkələrlə müqayisədə Azərbaycandan gələn şikayətlərin sayı o qədər də çox deyil”
# 27 iyun 2007 09:38 (UTC +04:00)
“Başqa ölkələrlə müqayisədə Azərbaycandan gələn şikayətlərin sayı o qədər də çox deyil. Lakin şikayətlər yavaş-yavaş gəlməyə başlayır və çoxalır. İndi şikayətlərin dəqiq sayını söyləyə bilməsəm də, deməliyəm ki, artıq bizə xeyli şikayət daxil olub”. Bu sözləri APA-nın Avropa bürosuna eksklüziv açıqlamasında Avropa İnsan Haqları Məhkəməsinin sədri Jan-Pol Kosta deyib. O bildirib ki, Azərbaycandan və Konvensiyaya yeni qoşulmuş digər dövlətlərdən gələn şikayətlərlə bağlı əsas problem Avropa İnsan Haqları Məhkəməsindəki sistemi və prosedur qaydalarını yaxşı bilməməklə əlaqədardır: “Məsələn, Gürcüstanla bağlı indi nisbətən daha çox işə baxılır. Bu dövlətə qarşı şikayətlər əsasında artıq bir çox mühüm işlərə baxılıb və qərarlar çıxarılıb. Azərbaycanda isə bizim sistemimizi hələ lazımi qədər bilmirlər. Bu da hazırlanan müraciətlərdə özünü göstərir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR