Bank Of Baku

Ukraynalı politoloq Sergey Taran: “GUAM-ın sülhməramlı kontingenti peşəkarlardan ibarət olmalıdır”

Ukraynalı politoloq Sergey Taran: “GUAM-ın sülhməramlı kontingenti peşəkarlardan ibarət olmalıdır”
# 27 iyun 2007 09:38 (UTC +04:00)
Ukraynalı politoloq hesab edir ki, GUAM-ın sülhməramlı taburu çağırışçı gənclərdən ibarət olmamalıdır. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Beynəlxalq Demokratiya İnstitutunun (Ukrayna) direktoru Sergey Taran bildirib ki, GUAM iqtisadi problemlərin həlli üçün yaradılmış qurum olub: “MDB isə hər şeydən öncə siyasi təşkilatdır. Bundan başqa, GUAM dəqiq şəkildə gələcək problemlərin həllinə yönəldiyi halda, MDB keçmişə müraciət edir”. S. Taranın fikrincə, söhbət ümumi tarix və köklərdən gedir: “MDB-nin kölgəsində Sovet İttifaqı görünür. MDB-də vahid mübahisəsiz lider var - Moskva. GUAM-da isə belə dəqiq lider yoxdur. Bəziləri deyir ki, bu, Ukraynadır, bəziləri isə düşünür ki, Azərbaycan və Gürcüstandır”. Ekspertin fikrincə, bu iki qurum tamamilə fərqli təşkilatlar olub, fərqli məqsədlərə və vektorlara malikdirlər. GUAM-ı Ukrayna üçün ”müqəddəs inək”lə müqayisə edən S. Taran deyib ki, o, GUAM haqda pis danışan siyasətçi tanımır: ”Əlbəttə, bu inəyin ölü doğulmaması üçün enerji layihələri barədə razılığa gəlmək lazımdır”. Ukraynalı politoloq birgə sülhməramlı taburun Kremllə ”soyuq müharibə”yə səbəb olacağına inanmır, amma onun ”qaynar” nöqtələrdə ”qaynar” manevrlərə səbəb olacağına əmindir: ”Təsəvvür edin, Rusiyaya tabe olmayan, amma keçmiş Sovet İttifaqının ərazisində yerləşən sülhməramlı kontingent necə ola bilər. Sülhməramlı qüvvələrə Rusiya tərəfindən maneçilik cəhdləri çox olacaq. Taburun peşəkarlaşdırılması vacibdir. Əgər ora peşəkar əsaslarla çalışan hərbçiləri deyil, çağırışçıları doldursalar, bu, təhlükəli olacaq. Bu tabur peşəkar əsaslarla yaradılmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR