Bank Of Baku

AŞPA Monitorinq Komitəsinin sabah keçiriləcək iclasında Azərbaycanda medianın durumu məsələsi müzakirə olunacaq

AŞPA Monitorinq Komitəsinin sabah keçiriləcək iclasında Azərbaycanda medianın durumu məsələsi müzakirə olunacaq
# 27 iyun 2007 10:05 (UTC +04:00)
Bu eksklüziv açıqlamanı APA-nın AŞPA-nın yay sessiyasının işini işıqlandıran Avropa bürosunun əməkdaşına AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel verib. O, Azərbaycanda kütləvi informasiya vasitələrinin vəziyyətinə dair məsələnin iyunun 28-də Monitorinq Komitəsində müzakirə olunacağını deyib: “Monitorinq Komitəsinin bu gün keçirilən iclasında çoxlu məsələlər müzakirə olunduğuna, ayrı-ayrı hesabatlar və Ukrayna ilə bağlı müzakirələr getdiyinə görə, bu iclasda Azərbaycanın öhdəlikləri ilə bağlı məsələnin müzakirə oluna bilməyəcəyini əvvəlcədən bilirdik. Buna görə də, Azərbaycanla bağlı məsələ iyunun 28-də müzakirə olunacaq. Bu iclasda Azərbaycandan başqa Rusiya və Monakonun da məsələləri müzakirə ediləcək”. Andres Herkel Azərbaycanla bağlı iki əsas məsələnin diqqət mərkəzində olacağını bildirib: “Açıq şəkildə deyirəm ki, Azərbaycanda məlum problemlərin mövcudluğu ədliyyə sisteminin adekvat olmamasından irəli gəlir. Buna misal olaraq, jurnalist və siyasi məhbuslarla bağlı məsələlərin bir-birinə qarışdığını deyə bilərəm. Bundan başqa qəzetlərin məcburiyyət qarşısında qalaraq fəaliyyətini dayandırması, jurnalistlərin döyülməsi kimi problemlər də var”. Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması təklifini dəyərləndirən A. Herkel son zamanlar bu məsələnin aktuallaşdığını bildirib: “AŞPA Hüquq Komitəsində Azərbaycanla bağlı çalışan parlamentarilərin siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin olunmasına dair nə vaxt və hansı formada təklif verəcəklərini indidən deyə bilmərəm”.
Andres Herkel həmməruzəçilərin regiona növbəti səfərinin sentyabrın sonu, oktyabrın əvvəllərinə planlaşdırıldığını deyib. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR