Bank Of Baku

Sabir Rüstəmxanlı Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Sabir Rüstəmxanlı Çinin Azərbaycandakı səfiri ilə görüşüb
# 28 iyul 2007 11:48 (UTC +04:00)
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Çinin Azərbaycandakı səfiri Can Haycou ilə görüşüb. VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə türk dünyası və Çin arasındakı tarixi əlaqələr, bu əlaqələrin inkişaf etdirilməsi üçün müəyyən layihələr müzakirə olunub. Həmçinin Azərbaycan-Çin ədəbi-mədəni münasibətlərinin genişləndirilməsi, Azərbaycanda Çin, Çində isə Azərbaycan dilinin tədrisi və öyrədilməsi, hər iki xalqın tarixi və mədəniyyətini bilən mütəxəssislərin yetişdirilməsi məsələləri haqqında da fikir mübadiləsi aparılıb. Görüşdə xoşməramlı layihələrin birgə həyata keçirilməsi üçün qarşılıqlı təkliflərin hazırlanması barədə razılığa gəlinib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR