Bank Of Baku

YAP Gənclər Birliyi Masallı və Lənkəranda tədbir keçirib

YAP Gənclər Birliyi Masallı və Lənkəranda tədbir keçirib
# 28 iyul 2007 12:03 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi “Gənclər ili” çərçivəsində “YAP-ın gəncləri” layihəsini davam etdirir. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, layihə çərçivəsində növbəti tədbir bu gün Masallı və Lənkəran rayonlarında keçirilib. Gənclər Birliyini təmsil edən 45 nəfərdən ibarət tələbə gənc yerli gənclərlə birlikdə rayon mərkəzində Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra partiyanın rayon təşkilatlarında təşkil edilən dəyirmi masalarda iştirak ediblər. Proqrama uyğun olaraq gənclərin Masallı və Lənkəran şəhərlərindən Milli Məclisə deputat seçilmiş Məlahət Həsənova və Əkrəm Abdullayevlə görüşü keçirilib. Tədbirlər sabah da davam edəcək. Qeyd edək ki, proqram bütövlükdə 150 gənci əhatə edəcək. Layihənin üçüncü mərhələsi avqustun 11-12-də həyata keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR