Bank Of Baku

Türkiyə Azərbaycan və bir sıra Mərkəzi Asiya dövlətləri ilə viza rejimini yüngülləşdirib

Türkiyə Azərbaycan və bir sıra Mərkəzi Asiya dövlətləri ilə viza rejimini yüngülləşdirib
# 30 iyul 2007 09:02 (UTC +04:00)
APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib və ölkənin rəsmi qəzetində çap olunaraq qüvvəyə minib. Qərara əsasən bundan sonra Azərbaycan, Monqolustan, Özbəkistan, Tacikistan və Türkmənistan vətəndaşları Türkiyəyə 30 gündən az müddətə səfərə gəldikdə viza almaq məcburiyyətindən azad ediləcəklər. İlkin mərhələdə qərarın bütün türkdilli ölkələri əhatə etməsi gözlənilsə də, Qazaxıstan və Qırğızıstan yeni viza siyasətindən kənarda qalıblar. Beş ölkənin vətəndaşlarına tətbiq edilən bu yeni rejim Türkiyə tərəfindən birtərəfli olaraq həyata keçiriləcək. Yeni rejimin tətbiqinə iyulun 29-dan başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR