Bank Of Baku

QHT-lərin Məşvərət Şurası prezident seçkilərini müşahidə edəcək

QHT-lərin Məşvərət Şurası prezident seçkilərini müşahidə edəcək
# 30 iyul 2007 09:05 (UTC +04:00)
Qeyri-hökumət təşkilatlarının “Azad və ədalətli seçkilər uğrunda” Əlaqələndirici Məşvərət Şurası 2008-ci il prezident seçkilərində müşahidəçilik edəcək. Şuranın üzvü, Helsinki Vətəndaş Assambleyası (HVA) Azərbaycan bürosunun sədri Arzu Abdullayevanın APA-ya verdiyi məlumata görə, bu istiqamətdə hazırlıq işləri payızda başlayacaq. 50-dən yuxarı QHT-nin birləşdiyi Məşvərət Şurası bu dəfə fərqli layihələr də həyata keçirəcək: “Biz ötən seçkilərdə həyata keçirdiyimiz müşahidələrdən fərqli tədbirlər planlaşdırmışıq. Amma bu tədbirlər barədə əvvəlcədən hər hansı məlumat vermək fikrimiz yoxdur. Çünki əvvəlcədən məlumat olanda həmin tədbirlərə qarşı qabaqlayıcı addımlarla üzləşirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR