Bank Of Baku

Bakıda MDB təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 21-ci iclası keçirilir

Bakıda MDB təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 21-ci iclası keçirilir
# 30 iyul 2007 15:26 (UTC +04:00)
İclası açıq elan edən Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Fövqəladə Hallar Nazirliyi (FHN) barədə bəzi statistik məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavinin sözlərinə görə, yeni yaranmasına baxmayaraq, Azərbaycan FHN-i İran, Livan və Fələstin muxtariyyətinə müvafiq yardımlar göstərib. F. Tağızadə FHN-in beynəlxalq əlaqələrinin getdikcə genişləndiyini, nazirlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması istiqamətində lazımi işlər görüldüyünü, əhalinin fövqəladə hallar barədə maarifləndirildiyini vurğulayıb.
Daha sonra Azərbaycan tərəfinin təklifi ilə fövqəladə hallar nazirinin müavini Rafael Mirzəyev növbəti müddətə Şuranın sədri seçilib. Bunadək isə Şuranın sədri Belarus nümayəndəsi Valentin Karpitski olub. İclasda çıxış edən MDB təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının İcraiyyə Komitəsinin təmsilçisi Vikenti Trepaşko “MDB ölkələrinin fövqəladə hallar barədə qarşılıqlı məlumatlandırılması haqqında Plan”la bağlı təkliflərini irəli sürüb.
F. Tağızadə jurnalistlərə açıqlamasında bildirib ki, iclasda insanların təhlükəsizliyi və ölkələr arasında fövqəladə hallarda birgə fəaliyyətin koordinasiyası ilə bağlı məsələlər müzakirə olunacaq. O, Azərbaycanın əksər MDB ölkələri ilə fövqəladə hallarda birgə fəaliyyətə dair sənədlər və memorandum imzaladığını da deyib. Tədbirdə Ermənistanın iştirak etməməsinə gəlincə, F. Tağızadə bunu rəsmi İrəvanın öz işi adlandırıb: “Dövlətlərarası Şuranın iclasına hansısa dövləti biz dəvət etmirik. Bu Şuranın öz səlahiyyətinə daxildir. Biz sadəcə olaraq tədbirin keçirilməsi üçün təşkilati işləri həyata keçiririk. Ermənistan gəlməyibsə, bu onların öz işləridir”. /APA/

















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR