Bank Of Baku

Əli Həsənov: “Dövlətdən qrant almaq QHT-ləri asılı vəziyyətə salmayacaq”

Əli Həsənov: “Dövlətdən qrant almaq QHT-ləri asılı vəziyyətə salmayacaq”
# 30 iyul 2007 11:35 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir neçə gün əvvəl dövlət başçısının QHT-lərə dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında imzaladığı sərəncamı şərh edərkən deyib. QHT-lərin dövlət tərəfindən maliyyələşməsinin mümkün olmadığını deyən Ə. Həsənov yalnız onların fəaliyyətinin dövlət tərəfindən təşviq oluna, hansısa yardımlar göstərilə, qarantlar ayrıla biləcəyini qeyd edib. Şöbə müdirinin sözlərinə görə, qrant layihələri çərçivəsində QHT-lərlə dövlət təşkilatları arasında münasibətlər, o cümlədən dövlətin nəzarətindən kənarda qalan sahələrdə fəaliyyət planları təqdim olunub işlənilməsi məsələsi var: “İkinci məsələ QHT-lərə dövlət qayğısını artırmaq, vətəndaş cəmiyyətinin qurulması prosesində birgə əməkdaşlıq sahələri yaratmaqdan ibarədir. Bu konsepsiyanın təsdiq olunması QHT-lərə Azərbaycanda dövlət tərəfindən dəstək verilməsi, onların fəaliyyətinin stimullaşdırılması və QHT hərəkatının daha da dərinləşdirilməsinə xidmət edəcək”. Dövlət rəsmisi deyib ki, dövlətdən qrant almaq QHT-ləri asılı vəziyyətə salmayacaq. Onun sözlərin görə, bu gün QHT-lər müxtəlif donor təşkilatları, fondlar və beynəlxalq təşkilatlar tərəfindən qarant layihələri ilə mükafatlandırılırlar: “Burada söhbət ondan gedir ki, hökumət də bu və ya digər qrant layihəsini elan edəcək. İstənilən QHT öz layihəsini müsabiqəyə təqdim edəcək, QHT-lərlə bağlı müvafiq qurum bu məsələlərə baxacaq. Hansı layihə şərtlərə cavab verirsə, həmin layihəni hazırlayan QHT-yə də qrantlar veriləcək. QHT-lərin fəaliyyətinə heç bir müdaxilə olmayacaq. Onlar sərbəst şəkildə əvvəlki qaydada fəaliyyətlərini davam etdirə biləcəklər”. Ə. Həsənov deyib ki, hazırda təsdiq olunan konsepsiyada QHT-lə iş üzrə yaradılması nəzərdə tutulan qurumun statusunun müəyyənləşdirilməsi ilə bağlı iş aparılır. Onun sözlərinə görə, bu qurum müxtəlif formada ola bilər: “Bu quruma QHT-lərə qrant layihəsini elan etmək, layihələri toplayıb müsabiqə keçirmək, müsabiqənin nəticələrini elan etmək, QHT fondunu idarə etmək və digər səlahiyyətlər veriləcək”.
Şöbə müdiri, həmçinin, qanunda QHT-lərin hansısa bölgüsünün aparılmadığını desə də, ictimai fikirdə onların bəzilərinin müəyyən imicinin formalaşdığını bildirib: “Təəssüflər olsun ki, bu fikirlərin bəziləri əsaslıdır. Bəzi QHT-lər öz Nizamnamə öhdəliklərinə uyğun deyil, daha çox siyasi partiyaların yardımçı təşkilatı kimi fəaliyyət göstərirlər. Hər halda, yaradılan qurum təqdim olunan layihələrin QHT-nin fəaliyyətinə, onun fəaliyyətinin Nizamnaməyə uyğunluğunu müəyyənləşdirəcək. Amma biz burada tərəf müəyyənləşdirməyəcəyik. Hansı QHT elan olunmuş layihəni daha yaxşı icra edə bilərsə və onun icra potensialı sübut olunarsa, qrant da onlara ayrılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR