Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsi Sərdar Cəlaloğlunun iddiası əsasında Azərbaycan hökumətinə növbəti sorğu göndərib

Avropa İnsan Haqları Məhkəməsi Sərdar Cəlaloğlunun iddiası əsasında Azərbaycan hökumətinə növbəti sorğu göndərib
# 30 iyul 2007 15:37 (UTC +04:00)
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun 2003-cü il 15-16 oktyabr hadisələri zamanı həbs olunması və məhkəmənin qeyri-qanuni qərar çıxarması iddiası ilə əlaqədar Azərbaycan hökumətinə sorğu göndərib. Bu barədə APA-ya partiya sədrinin vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi Mansur İbayevin qərarından şikayət edən partiya sədri ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu və siyasi baxışlarına görə ayrı-seçkilik edildiyini bildirib. O, hüquqlarının pozulmasının müəyyən olunması, siyasi baxışlarına görə həbs olunmasının məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edib. F. Ağayevin sözlərinə görə, hazırda şikayət kommunikasiya mərhələsindədir. Hökumətə göndərilən sorğuda şikayətə uyğun olaraq hökumətdən bir sıra suallara cavab istənilib. F. Ağayev sorğuya bu ilin oktyabrına kimi cavab verilməli olduğunu deyib. S. Cəlaloğlunun müraciətdə kompensasiya tələb edib-etməməsinə gəldikdə vəkil belə bir tələbin olduğunu deyib: “Amma indi proses elə bir mərhələdədir ki, bu kompensasiyanın məbləğini açıqlamaq istəmirik”. S. Cəlaloğlu da APA-ya açıqlamasında faktı təsdiqləyib və hökumətdən tələb etdiyi kompensasiyanın məbləğini açıqlamayıb. Partiya sədrinin sözlərinə görə, o, Avropa Məhkəməsinə 3 məsələ ilə bağlı müraciət edib ki, bunlardan biri barədə artıq onun xeyrinə qərar çıxarılıb. Bu, qeyri-qanuni işgəncələrə məruz qalması ilə bağlı olan məsələdir. Digər məsələ isə 2005-ci il parlament seçkilərində seçki hüququnun pozulması ilə bağlıdır. Partiya sədri bu şikayətində deputat seçilməsinə baxmayaraq, onun deputat statusunun tanınmadığını iddia edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR