Bank Of Baku

ADP Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konsepsiya hazırlayıb

ADP Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konsepsiya hazırlayıb
# 30 iyul 2007 15:40 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) Dağlıq Qarabağ probleminin həlli ilə bağlı konsepsiyanın hazırlığını başa çatdırıb. Partiyanın sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, sənəd yaxın günlərdə hökumətə təqdim olunacaq. S. Cəlaloğlu konsepsiyada indiyə kimi irəli sürülən təkliflərdən daha fərqli həll yollarının əksini tapdığını bildirib. Onun fikrincə, indiyə kimi irəli sürülən təkliflərdə yalnız tərəflərdən birinin güzəştə getməsi fikri əsas götürülüb, ADP-nin hazırladığı konsepsiyada isə tərəflərin hər ikisinin qalib olması məsələsi prioritetdir: “Biz konsepsiyada qlobalizmi əsas götürmüşük. Üç qonşu ölkənin - Azərbaycan, Gürcüstan və Ermənistanın inteqrasiya etməsi, hüquqların bərabər bölüşdürülməsi ilə bağlı fikirlər var”. S. Cəlaloğlu sənədi hakimiyyətlə müzakirə edib, bunu iqtidar və müxalifətin vahid ideyası kimi təqdim etməyi vacib sayır. Hakimiyyət təklifləri qəbul etməsə, ADP konsepsiyanı beynəlxalq təşkilatlara göndərəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR