Bank Of Baku

Həsən Kərimov: ““Müxalifət bəzi beynəlxalq təşkilatlarla münasibətlərə yenidən baxmalıdır”

Həsən Kərimov: ““Müxalifət bəzi beynəlxalq təşkilatlarla münasibətlərə yenidən baxmalıdır”
# 31 iyul 2007 10:15 (UTC +04:00)
“Müxalifət partiyalarının bəzi beynəlxalq təşkilatlarla münasibətlərinə yenidən baxmasına ehtiyac var. Çünki bu vaxta kimi olan münasibətlər bəzi təşkilatların qərəzli mövqedə olduğunu ortaya qoyub”. Bu açıqlamanı APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov bildirib. Onun sözlərinə görə, təmsil etdiyi partiyanın beynəlxalq qurumlar və diplomatik korpusla münasibətləri yüksək səviyyədə qurulub və tez-tez görüşlər, birgə seminarlar, treninqlər keçirilir. Bu əlaqələrin davam etdirilməsinə partiya sədri Əli Kərimliyə vətəndaşlıq pasportunun verilməməsinin mane olduğunu deyən H. Kərimov növbəti prezident seçkilərində beynəlxalq təşkilatların müxalifətə tam dəstək verəcəyi ilə bağlı indidən konkret fikir bildirməyin çətin olduğunu qeyd edib: “İndiki mərhələdə beynəlxalq təşkilatlar hakimiyyət qarşısında həm Seçki Məcəlləsi, həm də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun layihəsinin təkmilləşdirilməsi ilə bağlı məsələ qaldırırlar. Əvvəllər də belə hallar olub ki, həmin təşkilatlar müxalifətə seçkilərdən əvvəl dəstək veriblər, amma sonradan sapmalara yol verib və müxalifətin arxasından qaçıblar. Bugünkü əlaqələr də intensiv və ümidvericidir. Amma bəzi beynəlxalq təşkilatların siyasəti göstərir ki, onlar qərəzli mövqe tuturlar. Bu onlarla əlaqələrə yenidən baxmaq zərurəti yaradır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR