Bank Of Baku

Azər Qasımov Azərbaycan prezidentinin İordaniyaya rəsmi səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

Azər Qasımov Azərbaycan prezidentinin İordaniyaya rəsmi səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
# 31 iyul 2007 10:45 (UTC +04:00)
APA-nın məlumatına görə, A. Qasımov iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini, İordaniya ilə Azərbaycanın beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Konfransı Təşkilatı çərçivəsində sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyib: “İordaniya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir. İordaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəkləyir”. Mətbuat xidmətinin rəhbəri səfər zamanı, ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi ilə bağlı önəmli müzakirələrin aparıldığını bildirib. Onun sözlərinə görə, keçirilən görüşlər zamanı qarşı tərəf Azərbaycanın nəqliyyat dəhlizi kimi istifadə imkanları ilə maraqlanıb. A. Qasımov səfər zamanı regional, tibb, elm, turizm və humanitar sahələrdə əməkdaşlıq əlaqələri ilə bağlı ətraflı müzakirələr aparıldığını deyib: “Azərbaycan prezidenti səfər zamanı İordaniyanın Müdafiə Sənayesi Kompleksi ilə də tanış oldu. Burada hərbi texnikalar və digər müdafiə sənayesi qurğuları nümayiş etdirildi. Bundan başqa, Əmman şəhərində uzunluğu 7 kilometrə çatan Heydər Əliyev prospektinin açılışı oldu”. A. Qasımov səfərin nəticəsi kimi iki ölkə arasında dörd sənədin imzalandığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR