Bank Of Baku

Arif Hacılı: “Müxalifətdaxili dialoqa ehtiyac yoxdur”

Arif Hacılı: “Müxalifətdaxili dialoqa ehtiyac yoxdur”
# 31 iyul 2007 11:12 (UTC +04:00)
“İqtidarla dialoqa başlamazdan əvvəl müxalifət partiyalarının arasında dialoqa ehtiyac var. Amma indiki mərhələdə nə müxalifət partiyaları arasında, nə də iqtidarla müxalifət arasında dialoq real görünmür”. Bu açıqlamanı APA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov verib. Onun sözlərinə görə, iqtidarla dialoq məsələsi dəfələrlə ortalığa atılıb və heç zaman baş tutmayıb. H. Kərimov həmçinin, Azərbaycanda real müxalifətin “Azadlıq” blokunda birləşdiyini qeyd edib: “Amma seçkilərə münasibət, təkrar parlament seçkilərinə qatılmaq, prezident seçkilərində hazırkı qanunla da iştirak etməklə bağlı qərarlar verən partiyaların mövqeyi onu göstərir ki, müxalifət arasında dialoq söhbəti baş tutan deyil. Bu məsələdə bizim mövqeyimiz birmənalıdır”. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya açıqlamasında müxalifət partiyaları arasında hər hansı dialoqa ehtiyacın olmadığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda demokratiyanın inkişafına mane olan səbəb müxalifət partiyaları arasında dialoqun olmaması deyil: “Hakimiyyət demokratik prinsiplərə əməl edərsə, o zaman demokratiyanın inkişafına heç bir problem olmaz. Müxalifətdaxili problemləri yaradan da iqtidardır. Ona görə də müxalifətdaxili dialoqa ehtiyac yoxdur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR