Bank Of Baku

İslam Partiyası qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edəcək

İslam Partiyası qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edəcək
# 31 iyul 2007 13:01 (UTC +04:00)
Azərbaycan İslam Partiyası (AİP) dövlət qeydiyyatına alınması üçün sənədlərini yenidən Ədliyyə Nazirliyinə təqdim edəcək. Bunu APA-ya AİP mətbuat xidmətinin rəhbəri Akif Heydərli deyib. O bildirib ki, 1992-ci ildə dövlət qeydiyyatına alınan partiyanın sənədləri 1995-ci ildə Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin təzyiqi ilə geri qaytarılıb və qeydiyyat ləğv edilib. Bundan sonra partiya qeydiyyata alınması üçün yalnız bir dəfə, 2004-cü ildə müraciət edib. Lakin bu müraciət cavabsız qalıb. Partiyanın iyulun 15-də keçirilən qurultayında isə Ədliyyə Nazirliyinə yenidən müraciət edilməsi barədə qərar qəbul olunub. A. Heydərli bu həftə ərzində sənədlərin Ədliyyə Nazirliyinə təqdim ediləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR