Bank Of Baku

AMİP rəhbərliyi ofis icarəyə götürmək üçün partiya üzvlərindən ianə toplamağı düşünür

AMİP rəhbərliyi ofis icarəyə götürmək üçün partiya üzvlərindən ianə toplamağı düşünür
# 31 iyul 2007 15:50 (UTC +04:00)
Dövlət strukturları Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) qərargah ayırmasa, partiya prezident seçkilərində normal fəaliyyət göstərmək üçün ofis icarəyə götürə bilər. Partiyanın sədri Ayaz Rüstəmovun APA-ya verdiyi məlumata görə, AMİP prezident seçkilərində iştirak etmək fikrindədir və buna görə seçki ərəfəsində qərargahın olması vacibdir. O, aidiyyəti dövlət qurumlarına və ölkə prezidentinə bir neçə dəfə müraciət edildiyini, amma məsələnin müsbət həll olunmadığını deyib: “Bu şəkildə davam edəcəyi halda, biz partiya üzvlərinə müraciət edib ianə toplayaraq özəl qərargah da ala bilərik. Bu barədə müzakirələr olub. Amma biz bilirik ki, bu gün özəl yerlərin hamısı hakimiyyətə yaxın şəxslərin əlindədir və onlar bizə yer verməzlər. Bu vaxta kimi onlarla yerlə maraqlanmışıq, amma həmin yeri partiya üçün götürdüyümüzü bilən kimi, ofisi icarəyə verməkdən imtina ediblər”. A. Rüstəmov problemin həlli üçün hüquqi müstəvidə işi davam etdirəcəklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR