Bank Of Baku

Albaniyanın xarici işlər naziri Azərbaycan XİN başçısını əmin edib ki, müqavilə ləğv edilib və silahlar Ermənistana göndərilməyəcək

Albaniyanın xarici işlər naziri Azərbaycan XİN başçısını əmin edib ki, müqavilə ləğv edilib və silahlar Ermənistana göndərilməyəcək
# 31 iyul 2007 16:17 (UTC +04:00)
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, söhbət zamanı albaniyalı nazir Azərbaycan XİN başçısını əmin edib ki, Albaniya hökuməti “MEİKO” şirkətinə Ermənistana silah göndərməsinə icazə verməyib, müqavilə ləğv edilib və silahlar Ermənistana göndərilməyəcək.
Nazir Başa Albaniya-Azərbaycan münasibətlərinin bütün sahələrdə və iki ölkənin üzv olduğu təşkilatlar çərçivəsində vacib və çoxşahəli olduğunu qeyd edib.
Alban həmkarının cavabını E. Məmmədyarov razılıqla qarşılayıb.
Qeyd edək ki, Albaniya şirkətinin Ermənistana silah satmasına etiraz olaraq bir neçə gün əvvəl Azərbaycan XİN Albaniya XİN-ə nota təqdim edib. Bu barədə məlumat verən E. Məmmədyarov bildirmişdi ki, BMT-nin qətnaməsinə əsasən, münaqişə vəziyyətində olan ölkələrə heç bir ölkə silah sata bilməz.
Əlavə edək ki, bir müddət əvvəl Türkiyə hakimiyyət orqanları Albaniyadan göndərilən böyük miqdarda silah və sursatların ölkə ərazisindən tranzit kimi istifadə edilərək Ermənistana aparılmasına icazə verməmiş, içərisində ağır artilleriya və sursat yüklənmiş 60 konteyner olan gəmi İstanbul limanından geri qaytarılmışdı. “Pinari” markalı silahların ticarəti ilə məşğul olan MEİKO şirkətinin direktoru isə bəyan etmişdi ki, Ermənistanla Azərbaycan arasındakı müharibənin Albaniyaya heç bir dəxli yoxdur və hazırda silahın Ermənistana göndərilməsi üçün digər marşrutlar nəzərdən keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR