Bank Of Baku

Azərbaycan prezidentinin Qazaxıstana rəsmi səfərini hazırlayan işçi qrupu bu gün Astanaya yola düşür

Azərbaycan prezidentinin Qazaxıstana rəsmi səfərini hazırlayan işçi qrupu bu gün Astanaya yola düşür
# 01 avqust 2007 10:17 (UTC +04:00)
Nümayəndə heyəti prezident İlham Əliyevin qonşu ölkəyə səfəri zamanı imzalanacaq sənədlərin hazırlığı ilə məşğul olacaq. İşçi qrupu prezidentin səfər proqramının hazırlanmasını sabah başa çatdıracaq. Səfirlikdən bildiriblər ki, hələlik səfər zamanı imzalanacaq sənədlərdən yalnız ikisi tam şəkildə hazırdır. Bu sənədlər “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Qazaxıstan Teleradio Şirkəti arasında əməkdaşlıq sazişi və məhkumların ekstradisiyasına dair əlavə protokoldur. Səfər zamanı imzalanacaq digər sənədlərin isə prezident Astanaya gələnə kimi hazırlanacağı gözlənilir. Səfirlikdən əlavə ediblər ki, prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı və Qazaxıstan-Azərbaycan hökumətlərarası komissiyasının toplantısında Azərbaycanın bu ölkəyə olan dövlət borcunun ödənilməsi məsələsi müzakirə olunacaq. /APA/





1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR