Bank Of Baku

“Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin işi ilə bağlı Avropa Məhkəməsinə müraciət edilib

“Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin işi ilə bağlı Avropa Məhkəməsinə müraciət edilib
# 01 avqust 2007 10:18 (UTC +04:00)
“Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlunun APA-ya verdiyi məlumata görə, müraciət bir neçə gün əvvəl məhkəməyə göndərilib. İddia ərizəsini vəkillər Osman Kazımov və İsaxan Aşurov hazırlayıb. O. Kazımovun APA-ya verdiyi məlumata görə, iddiada R. Bəşirli ilə bağlı istintaq işinin qeyri-qanuni aparıldığı, məhkəmənin ədalətsiz keçirildiyi qeyd olunub. İddiada R. Bəşirli ilə bağlı çıxarılmış məhkəmə qərarlarının ləğvi və ona hökumət tərəfindən kompensasiya ödənilməsi xahiş edilib. Ərizədə kompensasiyanın məbləği dəqiq göstərilməyib. Dəymiş ziyanın məbləğinin Avropa Məhkəməsi tərəfindən müəyyənləşdirilməsi istənilib.
Qeyd edək ki, “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (dövlət çevrilişinə cəhd və hakimiyyəti zorla ələ keçirmək) təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 7 il, müavinləri Ramin Tağıyev 5 il həbs cəzası, Səid Nuriyə isə 3 il şərti cəza verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR