Bank Of Baku

Metyu Brayza sabah Bakıda görüşlər keçirəcək

Metyu Brayza sabah Bakıda görüşlər keçirəcək
# 01 avqust 2007 10:51 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henikin APA-ya verdiyi məlumata görə, M. Brayza sabah Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, sənaye və energetika naziri Natiq Əliyevlə danışıqlar aparacaq. Görüşlərdə Azərbaycan-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin vəziyyəti də müzakirə obyekti olacaq, M. Brayza bu gün Moskvada digər həmsədrlərlə keçirdiyi məsləhətləşmələr barədə Azərbaycan tərəfini məlumatlandıracaq.
Qeyd edək ki, M. Brayza regiona səfəri çərçivəsində Tiflis və İrəvanda da olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR