Bank Of Baku

“GUAM Azərbaycana nə vəd edir?” mövzusunda dəyirmi masa keçirilib

“GUAM Azərbaycana nə vəd edir?” mövzusunda dəyirmi masa keçirilib
# 01 avqust 2007 12:01 (UTC +04:00)
Demokratik İslahatlar Partiyası (DİP) siyasi partiyalar, QHT-lər və dövlət qurumlarını təmsil edən gənclərin iştirakı ilə “GUAM Azərbaycana nə vəd edir?” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən partiya sədri Asim Mollazadə ölkə gəncliyinin Azərbaycanın gələcəyi ilə bağlı müzakirələr aparmasını vacib hesab etdiyini bildirib. Azərbaycan gənclərini savadlı, rəqabətə davamlı, fərqli fikirlərə dözümlü, inkişafa meylli, peşəkar səviyyəli görmək istədiyini deyən A. Mollazadə buna gənclərin potensialının çatdığını vurğulayıb. Tədbirdə iştirak edən AXCP-nin, Müsavat Partiyasının gənclər təşkilatları, “Yox”, “Ol”, “Dalğa”, “Azərbaycan Gənclər Platforması”, “İrəli” gənclər təşkilatlarının nümayəndələri, həmçinin gənclər və idman nazirinin müşaviri, ayrı-ayrı universitetlərin tələbələri mövzu ilə bağlı fikir və təkliflərini ifadə ediblər. Gənclər Azərbaycanın GUAM çərçivəsində regional əməkdaşlığa, eyni zamanda Avropa və avroatlantik məkana inteqrasiyaya meyl göstərməsini pozitiv dəyərləndiriblər. Dəyirmi masa iştirakçıları Qarabağ münaqişəsinin həlli, təhsil, mədəniyyət, demokratik islahatlar, GUAM çərçivəsində regional tərəfdaşlıq, ölkənin avroatlantik məkana inteqrasiyası və digər mövzularda da müzakirə aparıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR