Bank Of Baku

Azay Quliyev: “Şəxsən müraciət edən məhbusun işinə müsbət baxılma ehtimalı daha çox olur”

Azay Quliyev: “Şəxsən müraciət edən məhbusun işinə müsbət baxılma ehtimalı daha çox olur”
# 01 avqust 2007 12:22 (UTC +04:00)
“Əfv Komissiyası şəxsən müraciət edən jurnalistlərin işinə ədalətli baxacaq. Komissiyaya müraciət edən jurnalistlərin adını isə etik və hüquqi baxımdan çəkə bilmərəm”. APA-nın məlumatına görə, bu sözləri Prezident yanında Əfv Komissiyasının üzvü Azay Quliyev deyib. O bildirib ki, hazırda ümumi siyahı üzərində iş davam etdirilir, müraciətlər fərdi qaydada araşdırılır. A. Quliyev komissiyanın tövsiyə xarakterli qərarının ədalətli olacağını da qeyd edib: “Əfv haqqında əsasnamənin müddəalarına əsasən, məhbus şəxsən müraciət etdikdə onun işinə müsbət baxılma ehtimalı daha çox olur. Digər tərəfdən də o şəxs əfv olunur ki, ictimai baxımdan təhlükə törətmirlər, əməllərindən peşman olurlar və islah mərhələsini keçmiş olurlar. Bunu jurnalistlərə şamil etmək istəməzdim, sadəcə, prosedur qaydasını deyirəm. Çünki əfv üçün müraciət edən şəxsin statusu eynidir. Əfv fərmanın nə zaman imzalanacağı isə prezidentin səlahiyyətindədir. Hələlik təqdim olunan bütün müraciətlər diqqətlə yoxlanılır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR