Bank Of Baku

İslam Partiyası qeydiyyat üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib

İslam Partiyası qeydiyyat üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib
# 01 avqust 2007 14:37 (UTC +04:00)
Azərbaycan İslam Partiyası (AİP) dövlət qeydiyyatına alınmaq üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib. AİP mətbuat xidmətinin rəhbəri Akif Heydərli APA-ya bildirib ki, sənədin qəbulunda heç problem yaradılmayıb. O, bu dəfə partiyanın dövlət qeydiyyatına alınacağına ümid etdiklərini deyib: “Partiya qeydiyyata alınıb-alınmaması ilə bağlı bir həftə ərzində məlumatlandırılmalıdır. Bu, “Siyasi partiyalar haqqında” qanunda əksini tapıb”. A. Heydərli qeydiyyata alınmayacaqları və ya vaxtında cavab verilməyəcəyi təqdirdə qanunauyğun şəkildə mübarizələrini davam etdirəcəklərini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR