Bank Of Baku

Həmsədrlər Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüblər

Həmsədrlər Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşüblər
# 01 avqust 2007 15:22 (UTC +04:00)
Bu gün Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Moskvada məsləhətləşmələr keçirən ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov, fransalı həmsədri Bernar Fasie, amerikalı həmsədri Metyu Brayza və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə (Polşa) görüşüb. APA-nın Rusiya XİN-in Mətbuat və İnformasiya Departamentinə istinadən yaydığı məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılmasına dair danışıqlar prosesinin vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Qeyd edək ki, vasitəçilər bu gün Rusiya xarici işlər nazirinin digər müavini - Aleksandr Qruşko ilə də görüş keçiriblər. Moskvada aparılmış məsləhətləşmələr barədə Metyu Brayza sabah Azərbaycan rəhbərliyinə məlumat verəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR