Bank Of Baku

Bakıda “Hərbi qulluqçuların sosial rifahının təminatına dəstək və beynəlxalq perspektivlər” mövzusunda konfrans keçirilir

Bakıda “Hərbi qulluqçuların sosial rifahının təminatına dəstək və beynəlxalq perspektivlər” mövzusunda konfrans keçirilir
# 02 avqust 2007 08:18 (UTC +04:00)
APA-nın xəbərinə görə, ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçirilən iki günlük tədbirdə Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov, Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola və onun müavini Robin Sivord, eləcə də Kipr, Kanada, Belçika, ABŞ, Böyük Britaniya və Niderlandın Daxili Qoşunlarının nümayəndələri iştirak edirlər. Tədbirdə hərbi qulluqçuların sosial təminatı, xidmət heyətinin qarşılaşa biləcəyi problemlər, xidmət konteksti və insan hüquqları, silahlı qüvvələrin müdafiəsi və onun xidmət personalının əsas hüquqlarının təmin olunması, qanuni ictimai marağa daxil olan məsələlər, uyğun ədliyyə arbitri, ombudsman və parlament, insan hüquqları və milli təhlükəsizlik kimi məsələlər müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR