Bank Of Baku

Nazir müavini: “Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələr üzərində ictimai nəzarətin tətbiqinə tərəfdardır”

Nazir müavini: “Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələr üzərində ictimai nəzarətin tətbiqinə tərəfdardır”
# 02 avqust 2007 09:10 (UTC +04:00)
“Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrində islahatlar aparılır”. APA-nın məlumatına görə, bu sözləri “Hərbi qulluqçuların sosial rifahının təminatına dəstək və beynəlxalq perspektivlər” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransdakı çıxışında Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov deyib. Ç. Məmmədov qeyd edib ki, islahatlar Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemində, birlik və birləşmələrində aparılır: “NATO standartlarına keçid prosesi artıq müsbət nəticələrini verir. Silahlı Qüvvələrin geyim və ərzaq təminatı yaxşılaşıb, milli kadrlar hazırlanır”. Ç. Məmmədov Müdafiə Nazirliyinin Silahlı Qüvvələr üzərində ictimai nəzarətin tətbiqinə tərəfdar olduğunu vurğulayıb: “Bir sıra Avropa ölkəsinin, o cümlədən Baltikyanı ölkələrin Silahlı Qüvvələri üzərində ictimai nəzarətlə bağlı təcrübəsi öyrənilir, ekspertlər səviyyəsində müzakirələr aparılır”. Son illər Azərbaycan Silahlı Qüvvələrində inkişaf getdiyini deyən nazir müavini bildirib ki, hərbi qulluqçuların və mülki işçilərin maaşları 2 dəfə, rütbəyə görə maaşlar 2 dəfə, hərbçilərin sığortalanması üçün ayrılan vəsait 10 dəfə, mənzil kompensasiyaları isə 4,5 dəfə artırılıb: “Hərbi qarnizonlarda yaşayış binaları tikilir, hərbi qulluqçular üçün İpoteka kreditlərinin verilməsi təmin olunub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR