Bank Of Baku

Niderlandın sabiq müdafiə naziri: “Silahlı Qüvvələrlə vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulması vacibdir”

Niderlandın sabiq müdafiə naziri: “Silahlı Qüvvələrlə vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulması vacibdir”
# 02 avqust 2007 09:21 (UTC +04:00)
“Silahlı Qüvvələrlə vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulması vacibdir. Vətəndaş cəmiyyəti ordunu dəstəkləyərsə, böyük nailiyyətlər qazanmaq olar”. APA-nın məlumatına görə, bu barədə “Hərbi qulluqçuların sosial rifahının təminatına dəstək və beynəlxalq perspektivlər” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Niderlandın sabiq müdafiə naziri Villem van Eeklen bildirib. Onun sözlərinə görə, Silahlı Qüvvələrə demokratik nəzarətlə bağlı ən yaxşı təcrübələri Azərbaycan hökuməti ilə müzakirə etməyə hazırdırlar: “Azərbaycan Silahlı Qüvvələrə ictimai nəzarətlə bağlı mərkəzi Cenevrədə yerləşən DCAF təşkilatının Şurasına qəbul olunub. Silahlı Qüvvələrə ictimai nəzarət məfhumu hər şeyin cəmiyyət üçün açıqlanmasını nəzərdə tutmur. Yəni müəyyən dərəcədə məxfilik də qorunmalıdır. Hərbi qulluqçuların təşkilatlanma hüququ bir çox ölkələrdə öz müsbət nəticələrini verdiyi üçün Azərbaycanda da bunu tətbiq etmək və inkişaf etdirmək lazımdır”. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR