Bank Of Baku

Mübariz Əhmədoğlu iyul ayı üzrə beynəlxalq və regional proseslərin yekunları ilə bağlı hesabatını açıqlayıb

Mübariz Əhmədoğlu iyul ayı üzrə beynəlxalq və regional proseslərin yekunları ilə bağlı hesabatını açıqlayıb
# 02 avqust 2007 09:59 (UTC +04:00)
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (SİTM) iyul ayı üzrə beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı hazırladığı analitik hesabatı açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin sədri Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında ötən ay ərzində Azərbaycanda mətbuat üçün iki mühüm hadisənin baş verdiyini bildirib. Bunlar İctimai Televiziyanın Avropa Yayım Birliyinə üzv olması və Yasamal rayon Məhkəməsinin “Azadlıq” qəzetinin xeyrinə qərar çıxarmasıdır. O, ötən ay müddətində ölkə prezidentinin QHT-lərə dövlət dəstəyi ilə bağlı imzaladığı sərəncamın önəmli olduğunu və bunun ictimai sektorun inkişafına böyük dəstək verəcəyinə ümid etdiyini söyləyib. Ötən ay müddətində Rusiya ilə ABŞ-ın yenə də “soyuq müharibə” vəziyyətində olduğuna diqqət çəkən politoloq buna baxmayaraq, hər iki tərəfin barış nöqtələri axtardığını vurğulayıb. M. Əhmədoğlu Mərkəzi Asiya, Yaxın Şərq və Cənubi Qafqazın digər ölkələrində baş vermiş mühüm hadisələrə də toxunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR