Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrində Ombudsman institutu yaradılacaq

Azərbaycan Silahlı Qüvvələrində Ombudsman institutu yaradılacaq
# 02 avqust 2007 12:00 (UTC +04:00)
Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, artıq bununla bağlı müvafiq layihə hazırlanıb və baxılması üçün hökumətə təqdim edilib. Mənbənin məlumatına görə, Hərbi Ombudsman institutunun yaradılması beynəlxalq qurumlar qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq həyata keçirilir və Silahlı Qüvvələrdə mövcud olan bəzi problemlərin yerində həllini tapmasında mühüm rol oynayacaq.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov isə APA-ya açıqlamasında məsələ barədə məlumatsız olduğunu deyib: “Hər halda biz orduda demokratik prinsiplərin dərinləşməsinə, ictimai nəzarətin tətbiqinə geniş diqqət ayırırıq. Bu sahədə müəyyən uğurlar əldə edilib. Hesab edirəm ki, hərbi doktrinanın qəbulundan sonra bu məsələyə baxıla bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR