Bank Of Baku

Natiq Məmmədov: “Milli Məclisdə boş qalmış iki deputat yerinə seçki keçirilməsi prezidentin səlahiyyətindədir”

Natiq Məmmədov: “Milli Məclisdə boş qalmış iki deputat yerinə seçki keçirilməsi prezidentin səlahiyyətindədir”
# 02 avqust 2007 13:52 (UTC +04:00)
“Milli Məclisdə boş qalmış iki deputat yerinə seçki keçirilməsi ölkə prezidentinin səlahiyyətində olan məsələdir. Prezident seçkilərin vaxtını nə zaman təyin etsə, Mərkəzi Seçki Komissiyası hazırlıqlara o zaman başlayacaq”. Bu sözləri APA-ya açıqlamasında MSK-nın katibi Natiq Məmmədov deyib. O bildirib ki, prezident və parlament seçkilərinin vaxtının müəyyənləşdirilməsi ölkə prezidentinin səlahiyyətindədir. N. Məmmədov bələdiyyələrdə boş qalmş yerlərə bu ilin sonuna qədər seçki keçiriləcəyini də istisna etməyib. Onun sözlərinə görə, bələdiyyə seçkilərinin vaxtı digər seçkilərdən fərqli olaraq, MSK tərəfindən müəyyən olunur: “Amma bu məsələ hələlik komissiyada müzakirə olunmadığı üçün seçkilərin nə zaman keçiriləcəyi dəqiq bilinmir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR