Bank Of Baku

Natiq Məmmədov: “Dağlıq Qarabağda seçkilər yalnız Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilə bilər”

Natiq Məmmədov: “Dağlıq Qarabağda seçkilər yalnız Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilə bilər”
# 02 avqust 2007 14:02 (UTC +04:00)
“Dağlıq Qarabağda keçirilən seçkilər hüquqi sayılmır və beynəlxalq təşkilatlar, dünya dövlətləri də bu seçkilərin nəticələrini qəbul etmir. Həmin ərazidə seçkilər yalnız Azərbaycan qanunları ilə Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən keçirilə bilər”. Bunu APA-ya açıqlamasında MSK katibi Natiq Məmmədov Dağlıq Qarabağ ermənilərinin oktyabrın 14-nə təyin etdikləri “bələdiyyə seçkiləri”nə münasibət bildirərkən deyib. MSK katibinin sözlərinə görə, oyuncaq qurum tərəfindən təyin olunmuş seçkilər beynəlxalq hüquqa və Azərbaycan Konstitusiyasına ziddir. N. Məmmədov hesab edir ki, sülh danışıqlarının aparıldığı bir vaxtda ermənilərin bu hərəkəti onların kompromisdən uzaq olduğunu göstərir: “Azərbaycanın neçə illərdir münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmasına baxmayaraq, ermənilər hər dəfə təxribatçı hərəkətlərindən əl çəkmirlər. Bu addımlar danışıqlar prosesinə mane olmaq cəhdindən başqa bir şey deyil. Hazırda Dağlıq Qarabağ hüquqi cəhətdən boş ərazidir və separatçı qrupun müvəqqəti nəzarətindədir. Həmin rejimə qanuni don geyindirmək üçün bu cür şoular təşkil olunur, seçki görüntüsü yaradılır. Orada seçkidən, prezidentlik institutundan, bələdiyyədən söhbət gedə bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR